Modern.az

Gözün aydın, LƏLƏ!  

Gözün aydın, LƏLƏ!   

Qarabağ

20 Noyabr 2017, 12:59

Esmira Orucova, 
Cocuq Mərcanlı kənd orta məktəbində 
təlim-tərbiyə işləri üzrə direktor müavini


Çox çətin imiş, yurd həsrəti, el-oba həsrəti. Bu həsrəti illərlə çəkəndə daha çətin olur, insanın qəlbi sızlayır, gözləri elə hey axtarır, yol çəkir. Bizim Cocuq Mərcanlı, Cəbrayıl həsrətimiz də illərlə davam etdi. Hər gün, hər an həsrətdən, yurd dərdindən qovrulsaq da, inamla yaşayırdıq. İnanırdıq ki, bir gün mütləq yurda dönmək, sönmüş ocaqlarımızı yenidən alovlandıracağıq.

Ürəyimizdə ümid qığılcımları qalmışdı. 24 il çəkən yurd həsrətinə Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi ordumuz son qoydu. 2016-cı ilin Aprel döyüşlərində rəşadətli ordumuz Cocoq Mərcanlını işğaldan azad etdi. Doğma kəndimiz öz sahiblərinə - Cocuq Mərcanlılara qaytarıldı. Azərbaycan Prezidentinin xüsusi sərəncamı ilə kənddə abadlıq, quruculuq işlərinə başlanıldı. Daşına, torpağına qurban olduğum Cocuq Mərcanlıda həyat yenidən canlandı. Dövlətimizin hədiyyə etdiyi evlər bizi - Cocuq Mərcanlı sakinlərini gözləyirdi.

2017-ci il iyul ayında bizmi ailəmiz də daxil olmaqla 50 ailə doğma yurduna qayıtdı. Bu, böyük qayıdışın başlanğıcı idi. Uşaqlığımın, gənclik illərimin izləri qalan Cocuq Mərcanlıya qədəm qoyanda çöx həyəcanlı idim. Qəlbim çırpınırdı. İnanın, həmin an keçirdiyim hissləri ifadə etmək üçün söz tapa bilmirəm. Kəndimizə gələndə Lələtəpə yüksəkliyuində əzəmətlə dalğalanan üşrəngli bayrağımız bizi qarşıladı. Düşmən bağrını dələn bayrağımız öz əzəməti ilə Azərbaycanını qüdrətini, ordumuzun gücünü göstəriridi.

Kəndimizə qayıdanlar arasında, bəlkə də ən çox sevinən anam SƏDAQƏT xanım idi. Yurd-yuva həsrəti anama yaman təsir etmişdi. Bakıda köçkün kimi yaşadığımız bu illər ərzində onu gülən görmədik. Hər gün ALLAHA dua edir: "Rəbbim, Cocuq Mərcanlınını havasını udum, sonra dərgahına apar məni" deyirdi. Gözlərinin nəmi çəkilmirdi, yazıq arvadın. Elə bil ki, ALLAH anamın dualarını qəbul etmişdi.


Cocuq Mərcanlıya qayıdandan cəmi 16 gün sonra dünyasını dəyişdi anam. Kəndimizdə keçirdiyim ilk gecə gözümə yuxu getmədi. Doğma yerlərdən ayrı düşdüyüm, didərgin kimi yaşadığım illər kino lenti kimi gözlərimin önündə canlandı. Kəndimizi 1993-cü ilin avqust ayında tərk etmək məcburiyyətində qalmışdım. Deməzdim ki, paytaxtda pis yaşayırdıq. Yaxşı dolanırdıq. Amma doğma kəndimizi unuda bilmirdim. Bu kəndim hər şeyi mənim üçün əziz idi. Hazırda üçrəngli bayrağımızın dalğalandığı Lələtəpə yüksəkliyinin ətəyində keçirdiyim uşaqlıq illərimi unuda bilərdimmi?

İndi Cocuq Mərcanlıda hər cür şərait yaradılıb. Yurd-yuvasına qayıdan insanlar burada çox rahat, təhlükəsiz şəraitdə yaşayırlar. Çünki dövlətimizin sayəsində bütün problemlər arxada qalıb. Güclü ordumuz bizi məkirli düşməndən qoruyur. Mən özüm Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində müəllim işləyirəm. Bir vaxtlar mənə dərs deyən müəllimlərlə bir yerdə, çiyin-çiyinə çalışmaqdan qürur duyuram. Şagirdlərimizin hamısı Bakıda və ya respublikanın digər bölgələrində dünyaya göz açıblar. Amma təhsillərini dədə-baba ocağında davam etdirirlər. Müəllimlərimizin ən böyük arzusunu şagirdlərimizin Laçın, Şuşa, Kəlbəcər, Zəngilan, Füzuli rayonlarına, Cəbrayılın işğal altında olan kəndlərinə səyahətini təşkil etməkdir. Əminik ki, arzumuz reallaşacaq. Çünki, Azərbaycanını qətiyyətli, xalqını, dövlətini sevən Prezidenti, güclü ordusu var. 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir