Modern.az

Şəhriyarın büstünə qarşı hörmətsizlik Azərbaycanda etiraz doğurdu

Şəhriyarın büstünə qarşı hörmətsizlik Azərbaycanda etiraz doğurdu

Ədəbi̇yyat

21 Noyabr 2017, 11:05

“Şəhriyarın büstünün eybəcər şəklə salınması təqdirə layiq hal deyil. Bağışlanmaz günah hesab edirəm. Bu, cinayətdir. Yaxın vaxtlarda rəsmi şəkildə bu məsələ ilə bağlı müraciət edəcəyəm. Hazırda Bursaya konfransa gedirəm. Bursadan qayıdandan sonra bu işin mahiyyətini reallaşdıracam”. Bunu Modern.az-a açıqlamasında filologiya üzrə fəlsəfə doktoru, şəhriyarşünas  alim Esmira Fuad deyib.

 

Onun sözlərinə görə, bu məsələdə heç cür susmaq olmaz.

 

“Bu məsələ ilə bağlı susmaq olmaz. Çünki susmaq hər zaman məğlubiyyətə aparır. İngilisin, fransızın, erməninin şairinə qarşı o cür təhqiramiz hərəkətlər edilsəydi, indi dünyaya səs salmışdılar. Ona görə də susmağı düşünmürəm. Bunu edən dövlətin vətəndaşı öz dövlətinin mövqeyini ortaya qoyur. Şəhriyar Azərbaycan kökənli, Azərbaycan türküdür. Azərbaycan ədəbiyyatına, mədəniyyətinə böyük bir dühadır.

 

Şəhriyar türk dünyası ədəbiyyatının iftixar qaynağıdır. İran dövləti sağlığında belə Şəhriyarla qürur duyub. Dünyada elə şair tanımıram ki, hər il onun xatirəsinə həsr olunmuş şeir günü keçirilsin və Şəhriyar yad olunsun. 3 il ard-arda  Şəhriyarın şeir günündə iştirak edərək Şəhriyara olan sevginin şahidi olmuşam. İran həm də Şəhriyarın adına qızıl medal təsis edən dövlətdir”.

 

Qeyd edək ki, böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın İrandakı büstlərindən birinə qarşı hörmətsizlik edilib. Naməlum şəxslər şairin Məşhəd şəhərindəki büstünü küt alətlə bir neçə yerdən dağıtmağa çalışıb. Nəticədə, büst yararsız hala düşüb. Büstün baş hissəsi bir neçə yerdən sındırılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?