Modern.az

Azərbaycanın xaricdəki bəzi səfirlikləri bağlansın

“Azərbaycanın xaricdəki bəzi səfirlikləri bağlansın”

21 Noyabr 2017, 16:30

“Büdcədə olan artım Azərbaycanda iqtisadi islahatları düzgün istiqamətə yönəldir. Bununla da ölkəmizdə böyük qlobal layihələr həyata keçirilir.

 

Bildiyiniz kimi bu ilk iki mühüm layihənin həyata keçirilməsinin şahidi olduq. Belə ki, ilk növbədə “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadıldı, Bakı- Tbilisi- Qars layihəsi reallaşdı. Sözügedən layihələrin həyata keçirilməsi ölkəmizdə gəlirlərinin artmasına, turizmin inkişafına və digər sahələrə müsbət təsir göstərəcək”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri  Siyavuş Novruzov parlamentin bugünkü iclasında deyib.

 

S. Novruzov Rəşt-Astara dəmiryolunun istifadəyə verilməsi ilə bağlı müraciət edib. “Bu dəmirloyunun açılması ilə Naxçıvan qismən də olsa blokada şəraitindən çıxacaq. Rəşt-Astara dəmiryolu Bakı-Tbilisi- Qarsa qoşularaq ondan səmərəli istifadə etək olar. Bakı-Tbilisi-Qarsa verdiyimiz dəstəyi buna da verməliyik. Bu dəmiryolu gəlirlərimizin daha da artmasına səbəb olacaq”.

 Deputat rayonların büdcəsinin formalaşması məsələsinə də toxunub. O bildirib ki, büdcəsi olan rayonlar öz hesablarına investisiya qoyub, iş yerlərinin artırılmasına kömək etməlidirlər.

 

“Məni narahat edən digər məsələ ölkəmizdə tikilən böyük -  səhiyyə, idman və digər - obyektlərin işlədilməsidir. Onların fəaliyyəti üçün büdcədən pul ayrılır. Lakin biz elə işlənmə mexanimi həyat keçirməliyik ki, ora mərkəzi büdcədən maliyyə ayrılmasın. Rayonlarda özəl məktəb və bağçaların açılması məsələsi də vacibdir. Elə imkanlı şəxslər var ki, onlar uşaqların təhsilinin yaxşı olması üçün özəl məktəbdə oxutmaq istəyirlər. Lakin onların təhsil alması üçün rayonlarda məktəb olmadığı üçün Bakıya gəlməli olurlar. Bu baxımdan hər bir rayonda ingilis dilli özəl məktəblər açılmalıdır”- deyə, S. Novruzov qeyd edib.

 

Deputat çıxışında kreditlərlə bağlı islahatların aparıldığını da bildirib.

 

“Əhali ilə Mərkəzi Bank arasında anlaşma olsa da, ortadan kommersiya bankları qazanc əldə edir. İndi həmin banklar mübahisəli kreditlərlə bağlı köməklik etsinlər. İllərlə qazanc əldə ediblər, indi vətəndaşlara kömək etsinlər. Kommersiya bankları vətəndaşların hüquqlarının qorunması istiqamətində ciddi nəzarətə alınmalıdır”.

 

S. Novruzov müzakirələr zamanı gələn ilin dövlət büdcəsində siyasi partiyalara ayrılan vəsaitin artırılmasını da təklif edib.

 

 “Bildiyiniz kimi gələn il seçki ilidir. Bu baxımdan siyasi partiyalara ayrılan vəsait daha çox olmalıdır. Dünya təcrüəsində də belədir. Bizdə də bu təcrübəni götürərək siyasi pariyalara ayrılan vəsait bir neçə dəfə artırmalıyıq”

 

S. Novruzov Azərbaycanın xaricdəki bəzi səfirliklərinin bağlanmasını da təkliuf edib.

 

“Xarici ölkələrdə fəaliyyət göstərən müəyyən səfirliklərlə bağlı məsələ götür-qoy edilməlidir. Hansı ölkədə lazımdır onlar bağlanır, hansında lazım deyil orda qalır. Lakin biz səfirlikləri lazım olan ölkələrdə deyil, lazım olmayanda bağlamalıyıq”.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı