Modern.az

Əflatun Amaşov “onlayn” mətbuata 1 milyon manat ayırmağı TƏKLİF ETDİ

Əflatun Amaşov “onlayn” mətbuata 1 milyon manat ayırmağı TƏKLİF ETDİ

Media

22 Noyabr 2017, 16:34

“Azərbaycan ordusu regionda ən güclü ordudur. Ancaq reallıq budur ki, əgər biz bir kəndimizi geri almağa cəhd göstərsək, beynəlxalq güclərin təzyiqləri ilə üzləşəcəyik. Bu baxımdanAzərbaycanda xəbər televiziya kanalı yaradılmalıdır”.

Modern.az-ın məlumatına görə, bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov parlamentdə büdcə müzakirələri zamanı çıxış edərkən deyib.

Deputat bildirib ki, Azərbaycan həqiqətlərinin xaricə intensiv çatdırılması üçün xəbər-informasiyaya üstünlük verilən televiziya kanalının fəaliyyətinə ehtiyac var.

“Azərbaycanın kifayət qədər güclü ordusu var. Ordunun böyük məbləğdə maliyyələşdirilməsi təqdirəlayiqdir. Unutmaq lazım deyil ki, Azərbaycan informasiya savaşına da önəm verməlidir. Bunun üçün də kiçik maliyyə həcmli televiziyanın yaradılması mümkündür”.

Ə. Amaşov mətbuata dövlət tərəfindən maliyyə vəsaitinin ayrılması məsələsinə toxunub. O qeyd edib ki, “onlayn” mətbuata da 1 milyon manat vəsait ayrılarsa, ən az bir aya nəticə hiss olunacaq.

“Ümumiyyətlə, müharibə şəraiitndə ölkə olaraq bizdə informasiya sahəsinə ayrılan vəsait əhəmiyyətli dərəcədə artırılmalıdır”.

Deputat Azərbaycanda İnformasiya Ombudmsnaının yaradılması təklifi ilə çıxış edib.

“Bizdə İnformasiya Ombudsmanı İnsan Hüquqları üzrə Müvəkkilliyin tərkbində fəaliyyət göstərir. Səbəb kimi deyilir ki, ştat yoxdur. Hökumət üzvlərinin buradakı iştirakından istifadə edərək soruşuram ki, niyə ştat ayrılımır? Fikrimcə İnformasiya Ombudsmanı ayrıca fəaliyyət göstərməlidir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir