Modern.az

Baş bankir: “Manatın məzənnəsi və onun taleyi ...”

Baş bankir: “Manatın məzənnəsi və onun taleyi ...”

22 Noyabr 2017, 18:21

“Bu gün manatın məzənnəsi və onun taleyi hamını maraqlandırır”.

 

Modern.az-ın məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı deputatların irəli sürdüyü təklif və iradlara cavab verərkən deyib Baş bankir qeyd edib ki, mövcud büdcə zərfində neftin qiyməti 45 dollar götürülüb.

 

 “Mən dünəndə çıxışım zamanı dedim ki, siyasət bir rəqəmli inflyasiya və sabit məzənnə üzərində qurulub. Hesab edirəm ki, biz indi və gələcəkdə neftin qiymətləri ilə ehtiyatlı davranmalıyıq. Neftin qiyməti qalxanda büdcə xərclərini artırmamalı, neftin qiymət düşəndə isə xərcləri azaltmamalıyıq”.

 

E. Rüstəmov əlavə edib ki, məzənnə sabitləşdirilib: “Mərkəzi Bank inflyasiyanı nəzərə alaraq siyasət aparır. İnflyasiya əhalinin gəlirləri üçün əsas problemdir. Bizim başlıca vəzifəmiz inflyasiyanın bir rəqəmli olması, qiymətin sabitliyi olmalıdır. Ölkədə makroiqtisadi sabitliyin əsasları yaradılıb. Ancaq bunun müddəti azdır və üç rübu əhatə edir. Biz rahatlaşmamalıyıq. Hesab edirik ki, qarşıdan duran vəzifələrin öhdəsindən gələcəyik. Bunun üçün iqtisadi blokun koordinasiyası, ciddi maliyyə intizamı vacibdir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir