Modern.az

Ermənistan ordusunda zabitlər qoçuluq edir, əsgərlər aşağılanır

Ermənistan ordusunda zabitlər qoçuluq edir, əsgərlər aşağılanır

Qarabağ

23 Noyabr 2017, 15:24

Ermənistan ordusunda zabitlər qarşılıqlı münasibətləri kobud şəkildə pozur, tabeçiliklərində olan hərbi qulluqçulara qarşı fiziki güc tətbiq edir, nalayiq söyüşlərlə təhqir edirlər.

Modern.az-ın məlumatına görə, bu günlərdə bölüyün gənc əsgərləri Robert Ayvazyan və Karen Hakopyan zabitlər tərəfindən məruz qaldığı təhqirlərə dözməyərək, qəsdən özlərinə xəsarət yetirib, müqavilə əsasında xidmət edən Armen Yeğazaryan isə onu söyən zabiti döyüb.

Tabor komandiri Robert Hambartsumyan tərəfindən döyülən əsgər isə hərbi hissənin tibb məntəqəsinə yerləşdirilib. Baş verən hadisələrlə bağlı hərbi polis tərəfindən araşdırma aparılır.


Anoloji hal Hadrut yaşayış məntəqəsində yerləşən işğalçı ordunun bölmələrinin birində baş verib. Dava nəticəsində hərbi qulluqçu Mxitar Barseğyanın ayağı sınıb. Xocəvənd rayonu ərazisində yerləşən hərbi hissədə isə əsgər yoldaşını döyən Slavik Xudoyan tabor komandiri tərəfindən həbs edilib. Baş verən cinayət hadisələri valideyinlərdən və hüquq mühafizə orqanlarından gizlədilir.


Yayılan başqa bir məlumata görə, orduda baş verən özbaşınalıqlardan dolayı, məzuniyyətdə olan ermənistanlı zabitlər artıq xidmət yerinə qayıtmaq istəmir və müxtəlif bəhanələrlə xidmətdən yayınırlar. Məhz xidmətdən yayınma səbəbindən tabor komandirinin müavini Levon Babayan məzuniyyətdən qayıtmadığı üçün həbs edilib. Bu arada ermənistanlı sosial şəbəkə istifadəçiləri belə bir məlumat da paylaşıblar ki, hərbi xidmətə yeni çağırılan 38 zabitdən 13 nəfəri xidmət etmək istəmədikləri üçün cəzalandırılıb və xidmət yerləri başqa hərbi hissəyə dəyişdirilib.


Düşmən ordusunun zabiti, komandir müavini Sulik Danielyan qışa hazırlıqla əlaqədar ön xətt mövqelərindəki vəziyyətlə bağlı məruzə hazırlayıb.

“Zampolit” vəzifəsində xidmət edən Sulik Danielyan Ermənistan ordusundakı nöqsanlardan danışıb və özünü bəlaya salıb. Onun hazırladığı məruzədə deyilir:

“Şəxsi heyət qış mövsümünə zəif hazırlıqlıdır. İsitmə şəraitləri yoxdur. Yanacaq və isti geyim ləvazimatları çatışmır. Ona görə də şəxsi heyət arasında xəstəlik, əsasən də pnevmaniya yayılmaqdadır. Hərbi kontingent soyuqdan donmamaq və özünü qızdırmaq məqsədi ilə əsasən spirtli içkilərdən istifadə edir ki, bu da onlar arasında nizam-intizamın zəifləməsinə və nizamnamədən kənar münasibətlərin meydana gəlməsinə səbəb olur”.

İşğalçı ordudakı nöqsanları məruzəsində qeyd edən və yaxınları ilə bölüşəndən sonra komandir müavini S.Danielyan yuxarı komandirlər tərəfindən təqiblərə və təzyiqlərə məruz qalıb. Yazdığı məruzədən sonra özünə qarşı münasibətdən təngə gələn ermənistanlı zabit ordudan tərxis olmaq üçün yollar axtarır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu