Modern.az

Azərbaycan əhalisi üçün ehtiyac meyarı müəyyənləşdi

Azərbaycan əhalisi üçün ehtiyac meyarı müəyyənləşdi

İqtisadiyyat

23 Noyabr 2017, 16:10

Azərbaycanda 2018-ci il üçün ehtiyac meyarının yuxarı həddi müəyyənləşib. Modern.az-ın məlumatına görə, bununla bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin noyabrın 23-də keçirilən iclasında məlumat verib.

Komitə sədri bildirib ki, "2018-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının yuxarı həddi 116 manat məbləğində müəyyən edilib.

Bununla yanaşı, “2018-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanuna uyğun olaraq yaşayış minimumunun ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat müəyyən edilməsini nəzərdə tutulub.

Hər iki qanun 2018-ci ilin yanvarın 1-dən qüvvəyə minir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!