Modern.az

Azərbaycanlı jurnalist Almaniyadan sığınacaq istədi  

Azərbaycanlı jurnalist Almaniyadan sığınacaq istədi   

24 Noyabr 2017, 09:20

Fəaliyyəti dayandırılmış ANS telekanalının keçmiş əməkdaşı Tünzalə Rafiqqızı Almaniyadan sığınacaq istəyib.

Modern.az-ın xəbərinəgörə, bu barədə  onun özü məlumat verib. R.Rafiqqızı Facebook-da yazıb:

“Son 2 gündə mənə ünvanlanan çoxsaylı suallara cavab olaraq Mən Zeynalova Tünzalə Rafiq qızı bildirirəm: son dövrdə baş verən proseslər, peşə fəaliyyətimə olan təyziqlər və sonda qızım Zəhranın səhhətində yaşanan ciddi problemlər məni Almaniyaya gəlib, bu hökümətdən sığınacaq istəməyə vadar etdi. Doğma torpaqdan, yurd-yuvadan ayrılmaq çətin olsa da mən buna məcbur idim. Atamın məzarından torpaq götürüb ölkəni həmişəlik tərk etdim! Mən 40 illik həyatımı, 22 illik karyeramı sıfırladım! Mənən intihar etdim!”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü