Modern.az

Səudiyyə şahzadəsi Xamneyini “Hitler” adlandırdı

Səudiyyə şahzadəsi Xamneyini “Hitler” adlandırdı

24 Noyabr 2017, 15:04

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, şahzadə Məhəmməd ben Salman Əl Saud İranın ali dini lideri Əli Xamneyini “Yaxın Şərqin yeni Hitleri” adlandırıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə ABŞ mətbuatına müsahibəsində deyib.

 

Şahzadə İranın Yaxın Şərqdə nüfuzunun yayılmasına qarşı tədbirlər görülməli olduğunu bildirib:


“Avropanın nümunəsində görürük ki, xoş niyyətlə yanaşmaq alınmır. İstəmirik ki, İranın yeni Hitleri Yaxın Şərqdə Avropada olanları təkrarlasın”.

 

İran və Səudiyyə Ərəbistanı arasında gərgin münasibətlər zaman-zaman kəskin açıqlamalara səbəb olur.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi