Modern.az

Sahibə Qafarova AŞPA komitəsində çıxış etdi

Sahibə Qafarova AŞPA komitəsində çıxış etdi

24 Noyabr 2017, 23:00

Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova qurumun Büro və Daimi komitəsinin iclaslarında iştirak etmək üçün noyabrın 22-də Danimarkanın paytaxtı Kopenhagen şəhərinə səfərə gedib.

Modern.az xəbər verir ki, büronun iclasına qatılan komitə sədri bu gün daimi komitənin toplantısında iştirak edib. Toplantıda AŞPA-nın 2018-ci ilin ilk sessiyasının gündəliyi, növbəti il üçün yeni mandatların təqdim edilməsi, Qırğızıstanda keçirilmiş prezident seçkilərinin nəticələri və digər məsələlər müzakirə olunub.

Toplantıda Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitənin məruzəçisi Doris Fialanın hazırladığı "Müşayiət olunmayan miqrant uşaqlar: uşaqlara uyğun yaşın təyin edilməsi" mövzusunda məruzənin müzakirələrində çıxış edən Sahibə Qafarova məruzənin kifayət qədər aktual bir mövzuya həsr olunduğunu vurğulayaraq, son dövrlər Avropada miqrasiya dalğasının genişlənməsindən sonra miqrant uşaqlarla bağlı problemin daha da dərinləşdiyini söyləyib.

Sahibə Qafarova hazırda bütün üzv dövlətlərdə uşaqların bir sıra hallarda onların fiziki, mənəvi sağlamlığına ciddi ziyan vuran rəftarlarla, ailələrindən qorunmayan, müşayiət olunmayan uşaqların yaş qiymətləndirmədə və digər situasiyalarda heç də uşaq dostu olmayan tətbiqlərlə üzləşdiyini xatırladıb.

 Komitə sədrinin sözlərinə görə, bu münasibətə dərhal son qoyulmalı, uşaqlara qarşı belə qeyri-adekvat davranışın aradan qaldırılması üçün tədbirlər görülməlidir. Ona görə də hesab edirəm ki, bu məruzədə yer alan mələlərin reallaşması uşaqlara uşaq kimi davranmağa, uşaq hüquqlarının və ləyaqətinin qorunması öhdəliyinə hörmət göstərməyə kömək edəcək", - deyə Sahibə Qafarova bildirib.

Azərbaycan hökumətinin uşaqlara və onların hüquqlarının təmin olunması məsələlərinə çox həssaslıqla yanaşdığını qeyd edən millət vəkili həmçinin ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat verərək deyib ki, Azərbaycan dövləti hər zaman uşaqlara diqqət göstərir, onların hüquqlarının qorunması sahəsində bütün imkanları yaradır. Uşaqların hüquqlarının müdafiəsi valideynlərlə yanaşı, dövlətin də qarşısında duran əsas məqsəddir. Hər bir sənəddə, qanunvericilik aktlarında uşaq problemləri öz əksini tapıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi