Modern.az

\"Qarabağ münaqişəsinin həlli hər zaman ATƏT-in diqqətində olmalıdır\" - ATƏT PA sədri

\

24 Noyabr 2017, 20:54

"Həll edilməmiş münaqişələrin nizamlanması istiqamətində səylərin artırılması vacibdir. Fərq etməz, hansı münaqişə və ya torpaqların işğalı barədə danışırıq, Ukraynada, Azərbaycanda və ya Gürcüstanda baş verən münaqişələr, hər gün bunların nəticəsində insanlar əziyyət çəkir". Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kopenhagendə Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Daimi Komitəsinin iclasında çıxış edən ATƏT Parlament Assambleyasının (PA) prezidenti Georgi Tsereteli bildirib.

 

O qeyd edib ki, Ukrayna, Dağlıq Qarabağ və Gürcüstandakı münaqişələr hər zaman ATƏT-in diqqət mərkəzində olmalıdır: “Əsas prioritetlərimdən biri bu problemlərin həllində ATƏT-in tam iştirakını təmin etməkdir”. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır