Modern.az

Məscidə hücum edən 30 silahlı məhv edildi - Yenilənib

Məscidə hücum edən 30 silahlı məhv edildi - Yenilənib

Dünya

25 Noyabr 2017, 00:38

Misir hərbçiləri Sinay yarımadasında xüsusi əməliyyat keçirib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, xüsusi əməliyyat zamanı 30 silahlı məhv edilib.

 

Məlumata görə, hazırda ordu və xüsusi xidmət orqanları ekstremistlərin təlim düşərgələrinin axtarışı ilə məşğuldurlar.

 

Qeyd edək ki, noyabrın 24-də Misirin Sinay yarımadasında məsciddə törədilən partlayış nəticəsində 235 nəfər ölüb, 109 nəfər yaralanıb.

 

20:41

 

Misirin Sinay yarımadasında məscidə hücum edən silahlılar zərərsizləşdirilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, həyata keçirilən tədbirlər nəticəsində 15 silahlı məhv edilib.

 

Məlumata görə, pilotsuz uçan aparatlar səhra ərazisində silahlıların olduğu iki avtomobilə hava zərbələri endirib. Zərbələr nəticəsində azı 15 silahlının məhv edildiyi bildirilir.

 

Qeyd edək ki, Misirin Sinay yarımadasında məsciddə törədilən partlayış nəticəsində 235 nəfər ölüb, 109 nəfər yaralanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!