Modern.az

Azərbaycan neftinin qiyməti 65 dollara çatdı

Azərbaycan neftinin qiyməti 65 dollara çatdı

24 Noyabr 2017, 23:21

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 23-də 64,8 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,38 dollar/barel çoxdur. Modern.az xəbər verir ki, bu barədə "Trend"ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 23-də 64,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,38 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 23-də 61,43 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,45 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə noyabrın 23-də 62,92 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,34 dollar/barel çoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi