Modern.az

Bakıda avtoyuma məntəqəsi yandı

Bakıda avtoyuma məntəqəsi yandı

24 Noyabr 2017, 23:50

Bakıda yanğın olub. Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 90 kvadrat metr olan avtomobil yuma məntəqəsinin içərisindəki əşyalar yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavanı əriyib.

 

Yanğın zamanı orada işləyən 1 nəfər avtomobil yuma məntəqəsində tüstüdən zəhərlənib. Avtomobil yuma məntəqəsinin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü