Modern.az

Batumidəki yanğında azərbaycanlılar xəsarət almayıb

Batumidəki yanğında azərbaycanlılar xəsarət almayıb

25 Noyabr 2017, 00:20

Batumidə “Leogrand” hotelində baş verən yanğında azərbaycanlıların xəsarət alıb-almadıqları araşdırılıb. Modern.az xəbər verir ki, Azərbaycanın Batumidəki Baş konsulluğundan Axar.az-a verilən məlumata görə, hazırda konsulluğun əməkdaşları hadisə yerindədirlər və vəziyyətlə maraqlanıblar.

 

Məlumata görə, ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı və ya bu şəhərdə yaşayan soydaşımız yoxdur.

 

Qeyd edək ki, bir neçə saat əvvəl Batumidəki “Leogrand” otelində yanğın baş verib. Yanğının otelin mətbəxindən başladığı bildirilir. Qəza nəticəsində xəsarət alanlar var. Son məlumatlara görə, yanğında ölənlər də var.

 

Oteldə olan “Miss Gürcüstan - 2017” müsabiqəsinin iştirakçılarından xəsarət alan olmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub