Modern.az

Prezident avtoşluq etdi - Video

Prezident avtoşluq etdi - Video

Aktual

25 Noyabr 2017, 00:07

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov yarış maşınını şəxsən sınaqdan keçirib. Modern.az xəbər verir ki, prezidentin avtomobil sınağından çəkilən görüntülər Türkmənistan Daxili İşlər Nazirliyi tərəfindən sosial şəbəkədə yerləşdirilib.

 

Türkmən lider Milli Avtomobil İdmanı Mərkəzini ziyarət edib və qərara gəlib ki, yeni alınan BMV M3 yarış maşınını şəxsən sınaqdan keçirsin.

 

Prezident yarış şosesinə çıxıb və 100 km sürəti 4,3 saniyəyə yığan 431 at gücünə malik maşınla avtoşluq edib.

 

Qeyd edilir ki, Berdiməhəmmədov gəncliyində avto-idmana maraq göstərib və müxtəlif avto-müsabiqələrdə iştirak edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar