Modern.az

Batumidə otel yandı: 12 ölü, Yenilənib

Batumidə otel yandı: 12 ölü, Yenilənib

25 Noyabr 2017, 00:57

Batumidə “Leogrand” hotelindəki yanğında ölənlərin sayı artıb. Modern.az Gürcüstan mediasına istinadən xəbər verir ki, öteldə ölənlərin sayı 12 nəfərə çatıb.

 

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda həmin şəxslərin identifikasiyası aparılır. Xilasedicilər hoteldən 100-dən çox insanı təxliyə edib.

 

Qeyd edək ki, yanğınla bağlı Gürcüstanın daxili işlər naziri Giorgi Qaxariya və səhiyyə nazirinin müavini Zaza Sopromadze hadisə yerinə yola düşüblər. Gürcüstan Daxili İşlər Nazirliyi isə yanğınla bağlı istintaqa başlayıb.

 

22:35

 

Batumidə “Leogrand” hotelində davam edən yanğın nəticəsində, dörd nəfər ölüb, üç nəfər xəsarət alıb. Modern.az APA-ya istinadən xəbər verir ki, xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.

 

Hotelin elektrik enerjisi ilə təchizatı dayandırılıb. İnsanların təxliyəsi davam etdirilir. Hoteldə “Miss Gürcüstan 2017” müsabiqəsinin iştirakçıları da olub. Onlar xəsarət almayıblar.

 

Yanğının hotelin mətbəxlərindən birində baş verdiyi bildirilir.

 

21:18

 

Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində “Leogrand” hotelində güclü yanğın başlayıb. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub.

 

Hazırda hoteldən insanlar təxliyə olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü