Modern.az

Rusiya səfirinin öldürülməsinə görə prodüser saxlanıldı

Rusiya səfirinin öldürülməsinə görə prodüser saxlanıldı

25 Noyabr 2017, 09:53

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətlində şübhəli bilinən Türkiyənin TRT Avaz telekanalında Eko Avaz proqramının sabiq prodüseri, Guru Medya nəşriyyat qrupunun rəhbəri H.E. həbs edilib.

 

Modern.az xəbər verir ki, bu haqda Türkiyə KİV-ləri məlumat yayıb.

 

Saxlanılan sabiq prodüser Anakarada məhkəmə binasına gətirilib və "Qəsdən qətl təşkil etmək" ittihamı üzrə onun həbsi barədə qərar qəbul edilib.

 

Qeyd edək ki, Rusiyanın Türkiyədəki sabiq səfəri A.Karlov ötən il dekabrın 19-da Ankarada fotosərgidə çıxışı zamanı güllələnib. Səfiri öldürən Mövlud Altıntaş təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir