Modern.az

Musa Urud üçün ÖZƏL GÜN

Musa Urud üçün ÖZƏL GÜN

Aktual

25 Noyabr 2017, 11:54

Bu gün Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Musa Quliyevin (Urud)  doğum günüdür.

 

Modern.az-ın məlumatına görə, Musa Quliyev 1961-ci il noyabrın 25-də Qərbi Azərbaycanın Zəngəzur qəzası Sisyan rayonunun Urud kəndində anadan olub.

 

Burada orta məktəbi qızıl medalla bitirib (1978).

 

N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini (1984) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi fakültəsini (2004) bitirib. Əmək fəaliyyətinə təyinatla göndərildiyi Gəncə şəhərində, A.Səhhət adına 1 saylı xəstəxanada həkim kimi başlayıb (1984-1985).

 

Gəncə Narkoloji dispanserində həkim-narkoloq (1986-1990), 7 saylı Bakı şəhəri poliklinikasında həkim nevropatoloq (1990-1993), Bakı şəhəri Yasamal rayonunda həkim əmək ekspert komissiyasında ekspert nevropatoloq (1993-1994), Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyində şöbə müdiri (1994-1997), idarə rəisi (1997-2000) vəzifələrində işləyib.

 

2000-2005, 2005-2010-cu illərdə ikinci və üçüncü çağırış Milli Məclisdə təmsil olunub. 2010-cu ildə 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən dördüncü çağırış Milli Məclisə deputat seçilib. 2015-ci ildə keçirilən parlament seçkilərində də eyni dairədən deputat seçilib.

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Musa Quliyev həm də Musa Urud imzası ilə şeirlər də yazır. 

 

Evlidir, 3 övladı var.

 

Modern.az olaraq təbriklərə qoşulur və şair-deputata uzun ömür, can sağlığı arzu edirik.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır