Modern.az

Azərbaycanlılarla ermənilər GÖRÜŞƏCƏK

Azərbaycanlılarla ermənilər GÖRÜŞƏCƏK

Aktual

25 Noyabr 2017, 13:04

Bu ilin oktyabrında Tbilisidə keçirilən “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”nın 1-ci Qurultayında Nizamnamənin təsdiq olunması haqqında qərar qəbul olunub.


Nizamnaməyə uyğun olaraq “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”-nın İdarə Heyəti və Mərkəzi Nəzarət Təftiş Komissiyası üzvlərinin sayı, təmsilçilik prinsipi və tərkibi müəyyyənləşib.

 

Ümumi razılaşmaya əsasən, 19 nəfərlik İdarə Heyətində üzvlərin say proporsiyası 5-i erməni, 5-i azərbaycanlı, 9-u isə ATƏT-in Minsk Qrupuna daxil olan digər ölkələrin hərəsindən 1 nəfər olmaqla müəyyən edilib.


Qurultaydan sonra bu istiqamətdə görülən işlərlə bağlı Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini,  “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”nın üzvü  Rövşən Rzayev Modern.az-ın suallarına cavab olaraq bildirib ki, yeniliklər çoxdur.

 

“Gürcüstanın paytaxtı Tbilisi şəhərində bu platforma qeydiyyata alındı. Tamamilə yeni formatda konfrans keçirildi. Gələcək addımlarla bağlı qərarlar qəbul edildi. İndi isə bu istiqamətdə  işlər davam edir”.

 

Rövşən Rzayev deyib ki, bu platformaya Ermənistandan  qoşulanların sayı  gözlədiklərindən də artıqdır:

 

“Sülh Platformasına qatılan  insanların sayı çoxalır. Həm erməni millətindən olanlar, həm də xarici dövlətlərdən olanların sayında artım var. ATƏT-in Minsk qrupu çərçivəsində olan bütün dövlətlərin nümayəndələrini dəvət etmişik. Onlarla da yeni formatda işimizi qururuq. Yaxın günlərdə yenidən görüş gözlənir”.

 

Deputatın sözlərinə görə, bu platforma xalq diplomatiyasının bir hissəsidir və sülhə gedən yollardan biridir:

 

“Qurutlayda qərara alındı ki, Azərbaycan, Gürcüstan və Ermənistanda ofislər yaradılsın. Bu səpkidə hazırda işlər davam etdirilir”.

 

Nəzrin RÜSTƏMOVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?