Modern.az

Qızları Türkiyə universitetində  birinci olan ata: “Əgər Azərbaycan onları qəbul etməsə…”

Qızları Türkiyə universitetində  birinci olan ata: “Əgər Azərbaycan onları qəbul etməsə…”

Təhsil

3 Dekabr 2017, 10:15

Türkiyənin Bahçeşehir universitetini (BAU) birinciliklə bitirən Günel və Xeyransa Musayevalardan xəbər var. 

 

Musayeva bacılarının atası Elşad Musayev Modern.az-a açıqlamasında qızlarının gələcək planlarından söz açıb.

 

“Qızlar hazırda magistr pilləsi üzrə təhsillərini davam etdirirlər. Elə həmin Baxçeşehir Universitetindədirlər. Bundan sonra yenə də təhsillərini davam etdirmək istəyirlər. Bu dəfə doktranturada oxumaq fikirləri var. Qızlara iş təklifləri də gəlir. Artıq Günel özəl şirkətlərin birində işə başlayıb. Bu iş onun təcrübə qazanması üçün çox önəmlidir”

 

Musayeva bacılarının Azərbaycanda işləməsinə gəlincə, Elşad Musayev yaxşı təklifə “yox” deməyəcələrini bildirib.

“Azərbaycan bizim vətənimizdir. Övladlarımıza ona görə yaxşı təhsil veririk ki, ölkəmizə, millətimizə xidmət etsinlər. Əgər Azərbaycan onları qəbul etməsə, ölkədən kənarda işləmək məcburiyyətində qalacaqlar”.

Qeyd edək ki, Türkiyənin Baxçeşəhir Universitetinin Beynəlxalq maliyyə və iqtisad fakültəsinin azərbaycanlı məzunu Günel Musayeva bu il universitet birincisi olub və "Altun beyin” ödülü qazanıb. 
Digər bacı, Baxçeşehir Universitetinin Beynəlxalq maliyyə və menecment fakültəsinin azərbaycanlı məzunu Xeyransa Musayeva isə yüksək nəticə göstərərək universitet üçüncüsü olub. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!