Modern.az

Sarkisyan prezidentliyə namizədini bu gün elan edəcək

Sarkisyan prezidentliyə namizədini bu gün elan edəcək

19 Yanvar 2018, 10:06

Ermənistan prezidenti Serj Sarkisyan bu gün prezidentliyə namizədinin adını açıqlayacaq. Modern.az saytının Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, bu haqda ölkə parlamentinin vitse-spikeri Eduard Şarmazanov bildirib.

 

Onun sözlərinə görə, hakim “Respublika” Partiyasında prezidentliyə namizədlərin məsələsi müzakirə edilib.

 

“Martın əvvəllərində parlament 4-cü prezidenti seçəcək. Biz bir namizədin məsələsini müzakirə etdik. Hesab edirik ki, o, ən yaxşı şəkildə Ermənistanı dünyaya tanıdacaq. Bu namizəd böyük iş təcrübəsinə malikdir, intellektual qabiliyyəti yüksəkdir, diasporda və Ermənistanda müsbət reputasiyaya malikdir”-deyə Şarmazanov bildirib.

 

Yerli mətbuatın yazdığına görə, Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyan hakim partiyanın prezidentliyə namizədi olacaq.

 

Xatırladaq ki, S.Sarkisyanın səlahiyyətləri aprelin 9-da başa çatacaq. Yeni konstitusiyaya əsasən, Ermənistanın yeni prezidenti parlament tərəfindən seçiləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi