Modern.az

Lütfi Zadəyə niyə qəbirüstü abidə qoyulmur...    

Lütfi Zadəyə niyə qəbirüstü abidə qoyulmur...     

Aktual

19 Yanvar 2018, 11:47

Ötən il sentyabrın 29-da Bakıdakı I Fəxri xiyabanda torpağa tapşırılan dünya şöhrətli alim Lütfi Zadənin qəbirüstü abidəsi hələ qoyulmayıb.

Lütfi Zadənin qəbirüstü abidəsi  ilə bağlı qərar qəbul edilibmi?

Məsələ ilə bağlı Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov Modern.az-a açıqlama verib:

“Bizdə Lütfi Zadənin qəbirüstü abidəsi ilə bağlı heç bir məlumat yoxdur. Bununla əlaqədar gərək qərar qəbul edilsin ki, bizə də deyilsin. Amma hələ ki bir şey yoxdur. Bu haqda sizə heç bir şey deyə bilmərəm. Bizə də nəsə deyilsə, o vaxt işimizə başlayacağıq. Prosesin bu qədər gecikməsinə gəlincə, bu bizim işimiz deyil, biz də qərardan asılıyıq”.


Lütfi Zadə ötən il sentyabrın 6-da vəfat edib. Onun nəşi öz vəsiyyətinə uyğun olaraq Bakıya gətirilib və I Fəxri xiyabanda torpağa tapşırılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?