Modern.az

İsveçdə əhaliyə müharibə xəbərdarlığı edilir: evlərə kitabçalar paylanılır

İsveçdə əhaliyə müharibə xəbərdarlığı edilir: evlərə kitabçalar paylanılır

19 Yanvar 2018, 11:47

İsveçdə 4,7 milyon evə mümkün müharibə vəziyyəti yaranarsa nə etmək lazım oduğunu açıqlayan kitabçalar göndəriləcək.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, kitabçalarda terror hücumu, kiber hücum və təbii fəlakətlərə hazırlıqlı olmaqla bağlı məlumatlar yer alacaq.

 

“Yenidən müharibə gələrsə” başlıqlı kitabçalar may ayından etibarən paylanacaq. Bu addım İsveçdə Rusiyanın hərbi əməliyyatlarına, terrora və saxta xəbərlərə narahatlığın artığı zamanda atılıb. İsveç mediası buna bənzər kitabçaların İkinci Dünya Müharibəsində paylanıldığını, amma kitabçaların çapına 1980-cı illərdə son qoyulduğunu açıqlayıb.

 

İsveç Mülki Müdafiə Agentliyindən Kristina Andersson bildirib ki, iqlim dəyişikliyi, terror hücumları, epidemiyalar və məlumat yanlışlıqları ilə bağlı təhlükə altındadırlar və insanlar bunlarla necə baş edəcəklərini bilməlidirlər.

 

İsveç son illərdə Avropdakı təhlükəsizlik məsələlərinə diqqəti və Rusiyanın Ukraynadakı rolunu əsas göstərərək müdafiə xərclərini  artırıb. Eyni zamanda Baltik Dənizindəki Qotland adasına yenidən əsgərlər yerləşdirib. Ölkə daxilində NATO-ya yaxınlaşma mübahisələri də edilir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?