Modern.az

Azərbaycanda daha iki hərbi zavod açılacaq

Azərbaycanda daha iki hərbi zavod açılacaq

19 Yanvar 2018, 12:30

Müdafiə Sənayesi Nazirliyində 2017-ci ilin yekunlarına həsr olunmuş kollegiya keçirilib.

 

Nazirliyin mətbuat xidmətindən Modern.az-a  verilən xəbərə görə, nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclasda nazirliyin birlik və müəssisələrinin 2017-ci il üzrə istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edilib.

 

Kollegiyanın sədri Yavər Camalov bildirib ki, 2017-ci ildə Müdafiə Sənayesi Nazirliyi tərəfindən bir sıra işlər görülüb. Belə ki, nazirliyin müəssisələrində yeni növ müdafiə təyinatlı məmulatların istehsalının genişləndirilməsi ilə bağlı 15 məmulat üzrə təcrübi konstruktor işləri başa çatdırılıb və silahlanmaya tövsiyə olunub. Eyni zamanda, qara metal idxalının azaldılması istiqamətində görülən tədbirlər və mütərəqqi metodların tətbiqi nəticəsində qara metalın daxili bazar hesabına təmin edilməsi 12,3 faiz artırılıb.

 

Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan və ötən illərdə aparılan tikinti, yenidənqurma işlərindən sonra istismara verilən 56 istehsal müəssisəsi ilə yanaşı, 2017-ci ilin iyununda 2 istehsalat müəssisəsində də kompleks tamamlanma işləri başa çatdırılıb .Yaxın zamanlarda daha 2 zavodun açılışı nəzərdə tutulur.

 

İclasda nazirliyin birlik və müəssisələrinin rəhbərlərinin hesabatları dinlənildi və müəssisələrin fəaliyyətləri müzakirə edilib.

Sonda nazir ölkənin müdafiə sənayesinin Prezident İlham Əliyevin hər zaman diqqətində olduğunu bir daha xatırlatdı və sahənin inkişafı ilə bağlı dövlət başçısı tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi istiqamətində struktur bölmə, birlik və müəssisə rəhbərlərinə müvafiq göstərişlər verib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir