Modern.az

Azərbaycan Basketbol Federasiyasının baş katibi vəfat etdi

Azərbaycan Basketbol Federasiyasının baş katibi vəfat etdi

Allah rəhmət eləsi̇n

19 Yanvar 2018, 13:04

Azərbaycan Basketbol Federasiyasının (ABF) baş katibi dünyasını dəyişib.

 

Federasiyadan Modern.az saytına verilən məlumata görə, ölkə basketbolunun inkişafında xüsusi rolu olan Qəhrəman Məmmədyarov 79 yaşında dünyasını dəyişib.

 

Veteran basketbolçu bir gün öncə uzun sürən xəstəlikdən vəfat edib. Məmmədyarov 2003-cü ildən Azərbaycan Basketbol Federasiyasında baş katib vəzifəsini icra edirdi.

 

Bu ağır itki ilə əlaqədar ABF-nın Rəyasət Heyyəti ölkə basketbolsevərləri adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

 

Allah rəhmət eləsin!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır