Modern.az

Ermənistan Qarabağ ermənilərindən pul dilənir

Ermənistan Qarabağ ermənilərindən pul dilənir

Qarabağ

23 Yanvar 2018, 12:53

Ağır iqtisadi durumda olan Ermənistan hakimiyyəti xaricdəki erməni diasporu və beynəlxalq təşkilatlardan ianələr, qrantlar almaqla yanaşı, müxtəlif bəhanələrlə öz vətəndaşlarının da cibinə girməyə davam edir. Elə Qarabağ ermənilərinin də həmçinin...

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, 2018-ci il yanvarın 1-dən Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ torpaqlarında hərbi qulluqçuların həyat və sağlamlığına dəymiş zərəri kompensasiya etmək üçün xüsusi fond yaradılıb. Beləliklə, yaşı 18-ə çatmış Qarabağda yaşayan hər bir erməni bu fonda ayda 1000 dram (2,1 dollar) ödəniş etməlidir.


Qanun Qarabağda ölən, yaxud 1-ci qrup əlil olan hərbçinin ailəsinə birdəfəlik 10 milyon dram (21 min dollar), 2-ci qrup əlilin ailəsinə isə 5 milyon dram (10,5 min dollar) ödənişin verilməsini nəzərdə tutur. Oxşar qanun 2016-cı ilin dekabrında Ermənistanda da qəbul olunmuş və ciddi etirazlar yaratmışdı.

 

Bu qanunun bütün Qarabağ ermənilərinə şamil edilməsi isə onsuz da ağır sosial durumda yaşayan yerli sakinlərin narazılığına səbəb olub. Onların fikrincə, böyük gəlir əldə edən məmur və iş adamları ilə dövlət müəssisələrindən cüzi maaş alanların eyni məbləği ödəməsi ədalətsizlikdir.

“Mən orta məktəbdə çalışıram və aldığım maaşın 3%-ni bu fonda köçürməliyəm. Halbuki, ayda yüz minlərlə dram qazanan məmurlar da mənim kimi 1000 dram ödəyəcək. Bu məsələdə sosial ədalətsizlik hiss edirəm”-deyə yerli jurnalistin sualına Xankəndi sakini Karine Atanesyan cavab verib.

 

Daha bir Xankəndi sakini Svetlana Petrosyan isə qanunla toplanacaq həmin vəsaitin təyinatı üzrə xərclənəcəyinə şübhə etdiyini deyib.

“Mən qanuna müqavimət göstərməyəcəm. Amma bütün vətəndaşların ödədiyi vəsaitin fonda köçürüləcəyinə şübhə edirəm”.

Qarabağdakı separatçı rejim 1000 dramla bağlı məcburi ödənişlərin gələcək illərdə artırılacağını da istisna etməyib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür