Modern.az

Deputat əlillərlə bağlı dəyişikliyə ETİRAZ ETDİ

Deputat əlillərlə bağlı dəyişikliyə ETİRAZ ETDİ

25 Yanvar 2018, 16:05

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında”qanun layihəsi müzakirə olunub, bu layihə fikir ayrlığına səbəb olub.

 

Modern.az-ın məlumatına görə, komitə üzvü Musa Quliyev deyib ki, çərçivə qanununu dağıdıb, əlillərin hüquqları ilə bağlı deklorativ qanun yaratmağa ehtiyac yox idi.

 

“Hazırda tətbiq olunan qanun daha praktik, konkret olaraq, əlilin sosial müdafiəsində duran qanundur. Yeni hazırlanan isə Avropa qanunlarının təcrübəsi formasında hazırlanıb.

 

Bu, Avropadakı əlillərin tələblərinə uyğun hazırlanıb. Əlilin sosial müdafiəsi ilə bağlı elə müddəalar var ki hazırki qanundan yeni qanuna uyğunlaşdırılmalıdır. Azərbaycanda 600 mindən çox əlil var.

 

Bu da 600 min ailə deməkdir. Bu ailələrin problemi birbaşa dövlətin üzərindədir. Əlil haqqında qanunda maliyyə yükü olmayacaqsa, bu qanun nəyə lazımdır axı?”.

Deputat Rauf Əliyev Musa Quliyevin fikirlərinə münasibət bildirib. O bildirib ki, hazırki qüvvədə olan qanun 1992-ci ildə qəbul olunub:

“Yenilik olmalıdır. Mən sizinlə tamalilə razıyam. Amma orada elə məqamlar var ki, biz bu qanuna dəyişiklik etməliyik. Burada heç bir problem yoxdur. Bunun üçün biz varıq, şöbələr və ekspertlər var. Yoxsa burda elə çıxır ki, gəlmişik imtahana, kimisə imtahan edirik. Biz təklifləri elə verməliyik ki, qanuna düşsün. Bu qanunda səhiyyə ilə bağlı böyük problemlər var. Burada mənim həkim olan həmkarlarım var. Bu elə bir məsələdir ki, sabah bu qanun qəbul olunandan sonra əlillər durub hərəsi bir sualla bura gələcək. Ona görə buna çox ciddi yanaşmaq lazımdır. Çərçivəmiz var. Nə lazımdısa bura əlavələr edək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi