Modern.az

Cümhuriyyətlə bağlı xüsusi iclasın keçiriləcəyi tarix məlum oldu

Cümhuriyyətlə bağlı xüsusi iclasın keçiriləcəyi tarix məlum oldu

26 Yanvar 2018, 13:36

Milli Məclisin Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə keçirəcəyi xüsusi iclasının vaxtı məlum olub.

Modern.az-ın məlumatına görə, iclas bu ilin iyun ayının 8-də keçiriləcək.

Xüsusi iclasda xarici ölkələrdən qonaqlar da iştirak edəcək.

Azərbaycan Prezidenti İlham Əliyev bir müddət əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncam imzalayıb. Sərəncamla Milli Məclisə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyə edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev bu ilin yanvarın 10-da 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncam imzalayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir