Modern.az

Azərbaycanda Cümhuriyyət parkı salınsın - Deputatdan TƏKLİF

Azərbaycanda Cümhuriyyət parkı salınsın - Deputatdan TƏKLİF

29 Yanvar 2018, 12:18

Azərbaycanda Cümhuriyyət parkı salınmalıdır. Modern.az-ın məlumatına görə, Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Rəfael Hüseynov belə deyib. Komitə sədri bildirib ki, həmin parkda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında rolu olan şəxslərin abidələri ucadılmalıdır.

“Bəzən belə fikir irəli sürürlər ki, xarici ölkələrdən həmin insanların qəbirləri gətirilsin. Bunlar edilə də bilər, edilməyə də bilər. Amma parkın salınması vacibdir. Bununla da insanlar həmin parka gedib, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında rolu olan şəxsləri yad edə bilərlər”. 

R.Hüseynov deyib ki, gələcəkdə Azərbaycanda Cümhuriyyət parkı olarsa, onunla bağlı tarixi şəxsiyyətlərin hamısını bir yerdə anmaq olar:
“Orada onların hamısını bir yerdə ziyarət edə biləcəyik. Zamanında “26 Bakı komissarı” adlanan yer vardı. O bağ vaxtı ilə Cümhuriyyətlə bağlı idi, Azadlıq parkı idi. Orada, yaxud başqa yerdə belə bir park yaratmaq olar”


Xatırladaq ki, ölkə başçısının sərəncamı ilə 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilib. Bu il Cümhuriyyətin 100 illik yubileyi qeyd olunacaq...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir