Modern.az

Budəfəki əfv digərlərindən fərqlənəcək  

Budəfəki əfv digərlərindən fərqlənəcək  

31 Yanvar 2018, 16:08

Azərbaycan Prezidentinin 2018-ci ili “Cümhuriyyət ili” elan etməsi səbəbiylə Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı və yaxın aylarda amnistiya veriləcəyinə dair məlumatlar yayılıb.
 

Yanvarın 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası iclas keçirib. Komissiyaya 1000-dək müraciət daxil olub. Qurumun yanvarın 30-da keçirilən ilk iclasında 100ə yaxın  müraciətə baxılıb. Müraciətlərə tam baxıldıqdan sonra müvafiq siyahı Azərbaycan Prezidenti İlham Əliyevə təqdim ediləcək.

                     

Milli Məclisin deputatları bu dəfə Modern.az-a Novruz bayramı ərəfəsində imzalanması gözlənilən əfv sərəncamı barədə danışıblar. 

 

Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib ki, əfv sərəncamının verilməsi  ölkə prezidentinin səlahiyyətinə daxildir.

 

“Prezident hər zaman əfv sərəncamını imzalaya bilər. Əfv Komissiyasına müraciətlər məhkumlar, onların vəkilləri, ailə üzvləri tərəfindən daxil olur. Müraciətlər araşdırılır, müvafiq rəylər alınır, təhlillər aparılır. Həmçinin, zərərçəkmiş şəxsin narazı olub-olmadığı araşdırılır. Bu çox vacib məsələdir. Komissiyanın üzvü olaraq təkcə mənə 30-a yaxın müraciət daxil olub.

Son illərdə əfvlə bağlı çoxlu işlər görülüb. Azərbaycanın  I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2016-cı ildə ölkməzidə amntistiya aktı qəbul edilib. Həmin qərar  10 minə yaxın adama şamil olunmuşdu. 
Dünyada ən şirin şey azadlıq və can sağlığıdır. Bu qədər insanın azadlığa buraxılmasından böyük humanizm yoxdur. Artıq Əfv Komissiyası dünəndən işinə başlayıb. Komissiyanınişinin  yekununda yəqin ki, cənab president bir çox məhkumu və onların ailəsini sevindirəcək”.

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə bildirib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunduğundan növbəti əfv sərəncamı gözləniləndir.

 

“Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyidir.  Bununla bağlı da cənab prezidentin humanist addımlarını gözləyirik.  Əfv sərəncamı ilə bağlı artıq işlər gedir. Ümid edirik ki,  yaxın vaxtlarda əfv sərəncamı veriləcək. Həmçinin, ümid edirik ki, bu il cənab prezidentin humanist addımlarının miqyası ötən illərdən geniş olacaq. 
Bildiyimiz kimi cənab president 2018-ci ili “Cümhuriyyət ili” elan edib. Hətta sovet dovründə də Böyük Vətən Müharibəsinin 40, 45 illiyi münasibətilə böyük amnistiyalar olub. Ola bilər ki, cənab prezident əfv sərəncamı imzalayacaq və daha sonra digər humanist addımlar atacaq. Hər halda, biz prezidentimizi humanist prezident kimi tanıyırıq.  Bu il də biz humanizmin təntənəsini qeyd edəcəyik”. 

 

Milli Məclisin İnsan hüquqları komitəsinin digər üzvü Tahir Kərimli deyib ki, Novruz bayramı ərəfəsində əfv sərəncamının verilməsi reallığa yaxındır.

 

“Artıq komissiya da öz işinə başlayıb və müəyyən müraciətlərə baxır. Hətta biz “Cümhuriyyət ili”ndə 28 Maya yaxın müddətdə böyük bir amnistiyanın da olacağını gözləyirik. Əfv sərəncamının imzalanmasına təkcə məhbusların ailələri, yaxınları sevinmir, Azərbaycan cəmiyyəti sevinir. Hətta beynəlxalq təşkilatlar da bunu müsbət qiymətləndirir.
Şəxsən mən də 3 nəfərin əfv edilməsi ilə bağlı müraciət etmişəm. Əfv etmək birbaşa olaraq cənab prezidentin səlahiyyətinə daxildir. Ümid edək ki, budəfəki əfv miqyasına görə digərlərindən fərqlənəcək. Yəni daha çox məhkumu əhatə edəcək”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir