Modern.az

Ermənistanı 25 milyon dollar ziyana salan Xocalı aeroportu - Baş tutmayan TƏXRİBAT

Ermənistanı 25 milyon dollar ziyana salan Xocalı aeroportu - Baş tutmayan TƏXRİBAT

1 Fevral 2018, 15:29

Azərbaycanın işğal altındakı Xocalı qəsəbəsi yaxınlığında 8 milyon dollar bərpa edilən və yenidən qurulan eyniadlı aeroportun aqibəti qeyri-müəyyən olaraq qalır.

Xatırladaq ki, hələ 2011-ci ilin yazında isitfadəyə verilməsi gözlənilsə də, sonradan texniki problemlər bəhanəsi əsas gətirilərək, uçuşun həyata keçirilməsi təxirə salınmışdı. Hətta, Ermənistan prezidenti Serj Sarkisyan Yerevan-Xankəni reysinin ilk sərnişini olacağını elan etmişdi. Amma həmişəki kimi, erməni prezidentin sözləri elə söz olaraq qalmışdı.

“Air Artsakh” aviaşirkəti tərəfindən həyata keçiriləcək uçuşlar üçün 17 milyon dollara 55 yerlik mülki təyyarə də alınmışdı. Bundan başqa, Xocalı aeroportunun 1 saat ərzində 100 nəfərə xidmət göstərə bilmək gücü olduğu açıqlanırdı.

Təbii ki, rəsmi Bakının ölkə suverenliyini kobud şəkildə pozan bu hadisəyə reaksiyası müvafiq olmuşdu.

 

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası işğal altında olan Azərbaycan ərazilərində aeroportun tikintisi və Xankəndinə digər ölkələrdən rəsmi Bakının icazəsi olmadan təşkil olunacaq uçuşların qeyri-qanuni olduğunu bəyan etmişdi.

Beynəlxalq aləm də rəsmi Yerevanın aviareys avantürasını dəstəkləməmişdi. ATƏT-in dondurulmuş münaqişələr üzrə komissiyası sədrinin xüsusi nümayəndəsi Andrey Deşiça Kiyevdə Strateji Disskusiya klubunda çıxışı zamanı bunları demişdi.

“Yerevan ilə Dağlıq Qarabağ arasında aviauçuşların həyata keçirilməsi daim təhlükədə olan vəziyyətdə partlayış verə bilər”. 

ATƏT-in hazırkı sədrinin Cənubi Qafqaz üzrə nümayəndəsi Patrik Merfi də aviareysin həyata keçirilməsini regional təhlükəsizlik üçün təhdid saymışdı.

 

Beləliklə, üzərindən 7 ilə yaxın vaxt keçməsinə rəğmən, Ermənistan rəhbərliyi Xocalı aeroportundan uçuşların həyata keçirilməsi riskinə gedə bilmədi. Əksinə, onlar rəsmi Bakının və dünya birliyinin kəskin reaksiyası ilə üzbəüz qalaraq, səssizliyə üstünlük veridlər. Son illər düşmən mediasının Xocalı aeroportu ilə bağlı susqunluğu, rəsmi hakimiyyət nümayəndələrinin sanki aeroportun mövcud olmadığı kimi özlərini aparması Sarkisyan və onun çevrəsinin bu propaqanda tryukundan istifadə edə bilməyərək, fiaskoya uğradığını göstərir.

 

2017-ci ildən başlayaraq bu pərtliklərini ört-basdır etmək və bir az olsun ictimaiyyət qarşısında reputasiyalarını bərpa etmək üçün Yerevan hakimiyyəti Xocalı aeroportunda 2 motorlu təyyarədən istifadə edərək, turistik uçuşlar gerçəkləşdirir.

"Yell Extreme Park” layihəsi çərçivəsində aeroportdan 2 yerlik təkmotorlu təyyarələri havaya qalxır və Şuşaya qədər uçuşlar gerçəkləşdirir.

“Xankəndi-Şuşa reysi ilə uçuşlar başlayacaq. Bu layihə esktremal turizm həvəskarları üçün nəzərdə tutulub” –deyə “Yell Extreme Park” layihəsinin rəhbəri Tiqran Çibuxçyan məlumat vermişdi.

Amma bütün cəhdlərə baxmayaraq, düşmən Xocalı aeroprtu ilə bağlı öncədən elan olunmuş heç bir məqsədinə çatmadı və əksinə, Dağlıq Qarabağın dünya birliyi tərəfidən Azərbaycan ərazisi kimi tanındığını sübit etdi. Bu həm də Yerevana mesaj idi ki, Xocalı aeroportundan ilk reys Yerevana deyil, yalnız Bakıya mümkün olacaq.   

 

Xatırladaq ki, 2011-ci ildə 8 milyon dollara yenidən rekonstruksiya olunan Xocalı aeroportundan Yerevana uçuşların gerçəkləşəcəyi elan olunsa da, rəsmi Bakının sərt xəbərdarlığından sonra Ermənistan rəhbərliyi bu uçuşlara cürət etməmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?