Modern.az

Mətbuat Şurasının adından saxtakarlıq - “Reket”lər Əflatun Amaşovun imzasını saxtalaşdırdılar - FOTO

Mətbuat Şurasının adından saxtakarlıq - “Reket”lər Əflatun Amaşovun imzasını saxtalaşdırdılar - FOTO

3 Fevral 2018, 09:25

Azərbaycan Mətbuat Şurasının adından saxtakarlıq edilib. Modern.az saytı xəbər verir ki, bu barədə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü Əvız Rüstəmov bildirib. Ə.Rüstəmovun sözlərinə görə, “Qaynar-xett.az” saytı öz “əməkdaşlarına” payladığı vəsiqələrin üzərində Mətbuat Şurasının adını və qurumun sədri Əflatun Amaşovun “imzası”nı qeyd etməklə saxtakarlığa əl atıb.

“Bu vəsiqələr guya Azərbaycan Mətbuat Şurasınındır. Kimlərsə Şuranın adından istifadə edərək axırıncı yola əl atıb. Onlar vəsiqə satmaqla, ayrı-ayrı şəxslərə bu vəsiqələri göstərib qorxutmaqla, hədə-qorxu gəlməklə, etdikləri murdarlığa mədəni libas geydirməklə məşğuldurlar. Bəziləri də var ki, məsələni öz aləmlərində ictimailəşdirirlər. Sanki onların kim olduqlarını, bu vəsiqə dəllallarından az da olsa, fərqlənmədiklərini bilmirik...

Mətbuat Şurasının adından istifadə edən vəsiqəbazlar tam arxayın olsunlar ki, hər biri qanun qarşısında cavab verməli olacaq. Elə indidən bu cür ağlasığmaz yaramazlığı necə düşündüklərinə izahat verməyi boş başlarında məşq etsinlər. Əgər bacaracaqlarsa”,-deyə Ə.Rüstəmov bildirib

O, həmin vəsiqələrin şəkillərini də təqdim edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub