Modern.az

Son 5 ildə 500-dən çox həmkarlar ittifaqı yaradılıb

Son 5 ildə 500-dən çox həmkarlar ittifaqı yaradılıb

5 Fevral 2018, 11:06

“Son 5 ildə 507 yeni həmkarlar ittifaqı yaradılıb. Həmkarlar ittifaqı üzvlərinin sırasına 56 min 497 nəfər cəlb edilib”.

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin depuatı Səttar Möhbalıyev deyib.

 

O bildirib ki, prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda həmkarlar ittifaqlarındakı xidmətlərə, respublikanın sosial-ictimai və mədəni həyatında göstərdikləri xidmətlərə görə 109 nəfər həmkarlar ittifaqı fəal orden, medal və fəxri adlarla təltif olunub.

 

"Ümumilikdə ölkə prezidenti tərəfindən 344 həmkarlar ittifaqı fəalı dövlət təltifinə layiq görülüb. Onlardan 213-ü ötən hesabat dövrünə aid olub". 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi