Modern.az

Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək - Tarix BƏLLİ OLDU

Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək - Tarix BƏLLİ OLDU

5 Fevral 2018, 11:25

Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alıb ki, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin.

Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

Bu gün imzalanan sərəncamda deyilir:

"1. Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin.

2. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin”.


Xatırladaq ki, 2018-ci ildə keçirləcək prezident seçkilərinin oktyabr ayında baş tutacağı gözlənilirdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir