Modern.az

Ermənilər Cəbrayılda uşaq bağçası və şadlıq evi tikirlər - FOTOLAR

Ermənilər Cəbrayılda uşaq bağçası və şadlıq evi tikirlər - FOTOLAR

15 Fevral 2018, 13:19

Ermənilər işğal altında saxladıqları Azərbaycan ərazilərində süni məskunlaşdırma siyasətini davam etdirirlər.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Dağlıq Qarabağ ərazisi ilə kifayətlənməyən rəsmi Yerevan ətraf 7 rayonda da tikinti işləri həyata keçirir.

 

Qarabağdakı separatçı rejim Cəbrayıl rayonu ərazisində uşaq bağçası və şadlıq evi inşasını anons edib. Cəbrayılın rayon mərkəzini şəhər tipli qəsəbəyə çevrimək istəyən separatçı rejimin "liderinin köməkçisi" Tiqran Abramyan tikinti işlərini genişləndirəcəklərtini deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?