Modern.az

Bakı Böyük Şəhər Bələdiyyəsi niyə yaradılmadı...

Bakı Böyük Şəhər Bələdiyyəsi niyə yaradılmadı...

İqtisadiyyat

17 Fevral 2018, 12:55

Uzun illərdir ki, Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılacağı anonsları verilsə də, ortada nəticə yoxdur. Bu məsələ gündəmdən niyə çıxdı?

Məsələ ilə bağlı Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev Modern.az-a açıqlama verib.

Deputat bildirib ki, Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması üçün vaxt lazımdır.


“ Böyük Şəhər Bələdiyyəsinin maliyyə resurları, kadr potensialı,  təşkilatçılıq qabiliyyəti, maddi-texniki baza səviyyəsi yüksək olmalıdır.  Bəziləri elə bilirlər ki, Bakı Böyük Şəhər Bələdiyyəsini yaradıb bir çox səlahiyyətləri əlində cəmləməklə işlərin hamısı icra olunacaq. Bu gün üçün bu məsələ real deyil. Ola bislin ki, 10-15  ildən sonara bələdiyyələr inkişaf etsinlər və bundan sonra zərurət yarancaq ki, onlar birləşib Böyük Şəhər Bələdiyyəsi yaradacaqlar”.


T.Rzayev deyib ki, hazırki prosesslər Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması istiqamətindədir.

“Demokratiyanın təzahürü kimi 1999-cu ildə 2757 bələdiyyə yaradılmışdı.  Amma sonradan gördük ki, bələdiyyələrin çoxu tapşırıqları yerinə yetirə bilmirlər. Daha sonra bələdiyyələrdə islahat getdi və 1200-ə yaxını birləşdirildi. Hazırda ölkədə 1606 bələdiyyə fəaliyyət göstərir. Hesab edirəm ki, bu da çoxdur. Gələcəkdə bunlar birləşməlidir. Təkmilləşmə getdikcə, iri bələdiyyələrin yaranması prosesi gedəcək. Bunlar təkmilləşdikdən sonra şəhər bələdiyyəsi yaradılmalıdır. Bir çox rayon bələdiyyəsi birləşərək regional bələdiyyə yaradıla bilər. Bununla həm bələdiyyənin fəaliyyəti  sistemli hal alar, həm vahid mərkəzdən idarə edilər, həm də görülən işlərin məqsədi aydın və aşkar olar. Gələcəkdə Bakı Böyük Şəhər Bələdiyyəsi yaradıla bilər. Amma hazırda bu, qeyri-realdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir