Modern.az

“Deputatın statusu haqqında” qanun DƏYİŞİR  

“Deputatın statusu haqqında” qanun DƏYİŞİR   

Parlament

19 Fevral 2018, 15:28

Sabiq deputat və onun ailə üzvləri  pensiya təminatından istifadə edə biləcəklər.

Bu barədə Modern.az-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli “Deputatın statusu haqqında” qanuna ediləcək dəyişikliyi şərh edərkən bildirib.

O deyib ki, “Deputatın statusu haqqında” qanunun hazırda qüvvədə olan 24-1-ci maddəsi ləğv edilir.

24-1–ci maddəyə (Vəfat etmiş deputatın və sabiq deputatın ailə üzvlərinin pensiya təminatı) görə, deputat və sabiq deputat vəfat etdikdə onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Qanuna uyğun həyata keçirilir.


30-cu maddəyə (Deputatın səlahiyyət müddəti qurtardıqdan sonra təminatları) yeni əlavələr edilir.

Hazırda qüvvədə olan maddədə göstərilib ki,  məhkəmənin qanuni qüvvəyə minmiş hökmu əsasında deputat mandatından məhrum edilmiş və Milli Məclisin iclaslarında üzürsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş şəxslər istisna olmaqla, pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq deputatın pensiya təminatı “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq həyata keçirilir.

Dəyişikliyə görə isə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmu əsasında deputat mandatından məhrum edilmiş və Milli Məclisin iclaslarında üzürsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla, deputat, sabiq deputat və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq həyata keçiriləcək.


Qanun layihəsinə dəyişiklik Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin fevralın 20-də keçiriləcək iclasında müzakirə ediləcək

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır