Modern.az

Türkiyə ordusu Afrini mühasirəyə alır

Türkiyə ordusu Afrini mühasirəyə alır

20 Fevral 2018, 14:32

Türkiyə  yaxın günlərdə Afrin şəhərinin mərkəzini mühasirəyə alacaq.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə barədə məlumatı Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan verib.  O qeyd edib ki, “ Zeytun budağı əməliyyatı tezliklə daha sürətli şəkildə irəliləyəcək: “ Bu gün 1715 terroristi zərərsizləşdirmişik, eyni zamanda  32 şəhidimiz var. Əməliyyat həm əsgərlərimizin həyatını riskə atmamaq həm vətəndaşlara qarşı həssaslıqla hərəkət etdiyimiz üçün ləng gedə bilər, amma bu həqiqəti heç kəsin unutmaması lazımdır. Biz ora qarşımıza çıxanı yandırıb yıxmaq üçün getməmişik. Hazırda ölkəmizdə yaşayan yüz minlərlə bölgə xalqı üçün təhlükəsiz və yaşamaq üçün yararlı region olması üçün getmişik”.

 

Türkiyə prezidenti qeyd edib ki, yaxın günlərdə daha sürətli şəkildə Afrin şəhər mərkəzinin mühasirəsi həyata keçiriləcək: “ Beləliklə, həm şəhərə və regiona xaricdən gələn yardımların qarşısı kəsiləcək. Həm də terror təşkilatının kimləsə bazarlıq apara bilmək imkanı qalmayacaq. Türk millətinin qırmızı cizgilərini yox sayanlara var olduğumuzu göstərmək boynumuzun borcudur”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü