Modern.az

Ərdoğan Afrindəki son əməliyyatlardan danışdı

Ərdoğan Afrindəki son əməliyyatlardan danışdı

20 Fevral 2018, 23:28

“Bu gün axşam saatlarında Afrinə doğru irəliləyən 10-dək pikap aşkar edilib. Artilleriya atəşindən sonra onlar geri çəkilməyə vadar ediliblər”. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib.

 

Rəcəb Tayyip Ərdoğan bildirib ki, Bəşər Əsədi dəstəkləyən hərbi dəstələr Türkiyə artilleriyasının atəşindən sonra Afrin şəhərindən geri çəkiliblər: “Hələlik hər şey bununla bitib. Dünən hörmətli Putin və Ruhani ilə danışığımız olub, bizim bu məsələ ilə bağlı razılaşmalarımız var. Təəssüflər olsun ki, bəzi terrorçu qruplar özləri bəzən yanlış qərarlar verirlər, bu qəbuledilməzdir, onlar buna görə tam cam verəcəklər”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir