Modern.az

Netanyahunun başının üstünü qara buludlar alıb

Netanyahunun başının üstünü qara buludlar alıb

21 Fevral 2018, 11:25

İsrailin baş naziri Binyamin Netenyahu həyat yoldaşının korrupsiya işi ilə bağlı gedən istintaqa mane olmaqda günahlandırılıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Netanyahu müşavirləri vasitəsilə bölgənin məhkəmə sədri Hila Gerstələ araşdırmanın dayandırılması müqabilində baş prokurorluq postunu təklif edib.  Gerstel isə təklifi qəbul etməyib.

Qeyd edək ki, Binyamin Netenyahunun həyat yoldaşı Sara Netenyahu dövlət vəsaitindən sui-istifadəyə görə ittiham olunub.

 

 Netanyahu açıqlama verərək barəsindəki ittihamları rədd edib. O bildirib ki, Gerstələ həyat yoldaşı ilə bağlı heç bir təklif edilməyib. O, bu günə kimi korrupsiya ilə əlaqədar yeddi dəfə polisə ifadə verib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi