Modern.az

Sumqayıt, Gəncə və Abşeronda 1-ci sinfə gedəcək şagirdlərin sayı açıqlandı

Sumqayıt, Gəncə və Abşeronda 1-ci sinfə gedəcək şagirdlərin sayı açıqlandı

21 Fevral 2018, 13:46

Bu il Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonunda təqribən 16-17 min şagird 1-ci sinfə gedəcək.

 

Modern.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov deyib.

 

O bildirib ki, həmin şagirdlərin 60 faizi, yəni 8 min nəfərdən çoxu məktəbəhazırlıq qruplarında təhsil aldıqları üçün onlar 1-ci sinfə birbaşa qəbul olunacaqlar.

 

C.Valehov əlavə edib ki, ötən il ölkə üzrə 5 yaşı tamam olan uşaqların 55 faizi təhsil alıb. Bu il isə bu göstərici 65 faiz olub.

 

Qeyd edək ki, bu ildən Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonunda da 1-ci sinfə qəbul elektron qaydada aparılacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir