Modern.az

Azərbaycanda 215 MİLLİ QƏHRƏMANA ayda 1500 manat təqaüd veriləcək

Azərbaycanda 215 MİLLİ QƏHRƏMANA ayda 1500 manat təqaüd veriləcək

21 Fevral 2018, 16:18

Ölkə başçısının dünən imzaladığı sərəncamla Azərbaycanın Milli Qəhrəmanı üçün verilən prezident təqaüdünün aylıq məbləği 200 manat artırılaraq 1300 manatdan 1500 manata çatdırılıb.  Beləliklə də bu il martın 1-dən Milli Qəhrəmanlara ayda 1500 manat təqaüd veriləcək.

Azərbaycanda “Milli Qəhrəman” adı sonuncu dəfə torpaqlarımızın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanova verilib (ölümündən sonra).
Çingiz Salman oğlu Qurbanov Milli Qəhrəman adını Prezident İlham Əliyevin 7 fevral 2017-ci il tarixli sərəncamı ilə alıb.

Modern.az saytının məlumatına görə,ölkə başçısının həmin sərəncamından sonra Azərbaycanın Milli Qəhrəmanlarının sayı 215 nəfərə çatıb. 

Xatırladaq ki, “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı ondan öncə 2016-cı ildə “Aprel döyüşləri” zamanı qəhrəmanlıq göstərmiş 3 hərbçiyə verilmişdi. Dördgünlük müharibənin qəhrəmanları polkovnik-leytenant Murad Mirzəyev (ölümündən sonra), mayor Samid İmanov (ölümündən sonra) və polkovnik-leytenant Şükür Həmidov (sağdır) ölkə başçısının müvafiq sərəncamları əsasında “Milli Qəhrəman” adına layiq görülmüşdülər.

Hazırda Azərbaycanın 215 Milli Qəhrəmanından yalnız 18 nəfəri sağdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi