Modern.az

Martın 4-də 9-cular buraxılış imtahanları verəcəklər  

Martın 4-də 9-cular buraxılış imtahanları verəcəklər   

26 Fevral 2018, 12:04

Dövlət İmtahan Mərkəzi (DİM) martın 4-də bu ilin ilk buraxılış imtahnlarını keçirəcək. Modern.az xəbər verir ki, həmin gün Bakı, Şirvan, Naxçıvan Muxtar Respublikasında ümumi orta təhsil bazasında (9-cu sinif) buraxılış imtahanlarının I mərhələsi keçiriləcək

Bölgələr üzrə ümumi orta təhsil bazasında (9-cu sinif) buraxılış imtahanlarının I mərhələsi əvvəlcədən elan olunduğu kimi 2018‑ci il 04, 11, 18 mart tarixlərində aşağıdakı qrafikə uyğun keçiriləcək.

Tarix

Şəhər (rayon)

04.03.2018

Bakı, Şirvan, Naxçıvan Muxtar Respublikası

11.03.2018

Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy,Daşkəsən, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Astara, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir,  Ağdam, Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabran

18.03.2018

Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir,Balakən, Zaqatala,Qax, Yardımlı,Cəlilabad, Masallı,Lerik,Göyçay, Ağdaş, Ucar,İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli,Beyləqan, Salyan, Neftçala,Hacıqabul,Qusar, Quba, Siyəzən, Xızı

 

Məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda)  yuxarıdakı qrafikə uyğun verəcəklər. 

Heydər Əliyev adına Hərbi Lisey və  C.Naxçıvanski adına Hərbi liseyin şagirdləri üçün imtahan martın 4‑də,Peşə liseyləri (11-ci sinif),Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin  şagirdləri üçün martın 18-də keçiriləcək.

4 mart 2018-ci il tarixində keçiriləcək imtahanda iştirak edən şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni buradan çap edə bilərlər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub