Modern.az

Prezidentin sərəncamı müəllimlərə də aiddir - 240 min təhsil işçisinin maaşı ARTIB

Prezidentin sərəncamı müəllimlərə də aiddir - 240 min təhsil işçisinin maaşı ARTIB

1 Mart 2018, 12:15

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev dünən “Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Sərəncam orta məktəblərdə çalışan müəllimlərə də şamil olunacaqmı? Modern.az-ın müşahidələrinə görə, cəmiyyətdə və sosial şəbəkələrdə bu suala cavab axtaranlarda çaşqınlıq yaranıb.


Sərəncamla bağlı Təhsil Nazirliyi  Modern.azın sorğusuna cavab olaraq bildirib.

“Bu artım orta hesabla 240 min təhsil işçisinə şamil edilir”.


Nazirlikdən əlavə edilib ki, 2014-cü ildən etibarən ölkə üzrə ümumilikdə 140 000-dək müəllim diaqnostik qiymətləndirmədən keçib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, diaqnostik qiymətləndirilmədən keçən bütün müəllimlərin əməkhaqları artırılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?