Modern.az

Türkiyəyə 2 minə yaxın terrorçu daxil olub

Türkiyəyə 2 minə yaxın terrorçu daxil olub

Aktual

23 Mart 2018, 14:52

Türkiyə kəşfiyyatı ölkə ərazisinə İraqın şimalından iki minə yaxın terrorçunun daxil olduğunu bildirib.

Modern.az-ın məlumatına görə, PKK terror təşkilatına mənsub şəxslərin Türkiyəyə daxil olması barədə məlumatlar Silahlı Qüvvələrə ötürülüb.

 

Qeyd olunur ki, terrorçular Türkiyənin cənub-şərqindəki Hakkari və Şırnak vilayətlərinin ərazisinə daxil olub.

Xatırladaq ki, PKK ilə Türkiyə ordusu arasında silahlı mübarizə 30 ildən çoxdur ki, davam edir. Bu müddət ərzində 40 mindən çox adam münaqişənin qurbanı olub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır