Modern.az

Masallı sakini güllələndi

Masallı sakini güllələndi

23 Mart 2018, 21:03

Masallı rayon sakini güllələnib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Qızılavar kəndində baş verib. Kənd sakini, 1953-cü il təvəllüdlü Ağəddin Nuru oğlu Ağayev həmkəndlisi tərəfindən güllələnib. A. Ağayev 3 güllə yarası alıb. Güllələrdən biri onun qolundan, ikisi isə qarın nahiyəsindən dəyib.

 

Yaralı Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun üzərində cərrahiyyə əməliyyatı aparılır. (APA)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir