Modern.az

Qurban Qurbanov milli komandanın yeni kapitanını seçdi

Qurban Qurbanov milli komandanın yeni kapitanını seçdi

Aktual

23 Mart 2018, 21:05

Futbol üzrə Azərbaycan milli komandasının yeni kapitanı müəyyənləşib.

Modern.az  xəbər verir ki, baş məşqçi Qurban Qurbanov Belarus yığması ilə yoldaşlıq görüşündə kapitan sarğısını qapıçı Kamran Ağayevə həvalə edib.

Bakı Olimpiya Stadionunda keçiriləcək matç 20:00-da başlayacaq.

Qeyd edək ki, millinin əvvəlki kapitanı Rahid Əmirquliyev Belarus və Makedoniya ilə yoldaşlıq oyunları üçün yığmaya dəvət olunmayıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır