Modern.az

Ermənistanda qüvvələr NİSBƏTİ - “Qarabağ klanı” hakimiyyətdən gedir?

Ermənistanda qüvvələr NİSBƏTİ - “Qarabağ klanı” hakimiyyətdən gedir?

24 Aprel 2018, 14:29

Serj Sarksiyan aprelin 22-də baş nazir postundan istefa verdi. Bununla da Ermənistanı son 21 ildə nəzarətdə saxlayan Qarabağ klanı çox ciddi sarsıntı keçirdi.

 

“Qarabağ klanı” hələ 1997-ci ilin martında Ermənistanın bütün güc strukturlarını nəzarətinə keçirmişdi. 1998-ci ilin martında isə onlar bütün Ermənistanda hakimiyyətə gəldilər. Prezidentlər Robert Koçaryan və Serj Sarkisyan bu klanın üzvləri idlər.

 

Məhz "Qarabağ klanı"nı hakimiyyəti dövründə - 1999-cu ilin oktyabrında parlamentdə 8 təcrübəli siyasətinin ölümü ilə nəticələnən insident baş verdi. Klanın əsas rəqibləri olan spiker Karen Dəmirçiyan, baş nazir Vazgen Sarkisyan, vitse-spiker Yuri Baxşyan və Ruben Miroyan, nazir Leonard Petrosyan, deputatlar Armenak Armenakyan, Mikael Kotanyan və Henrix Abramyan həlak olmuşdular.

 

Həmin illərdə Vazgen Sarkisyan-Karen Dəmirçiyan tandemi ciddi müxalif qüvvəyə çevrilmişdi. “Qarabağ klanı” marağında idi ki, bu təhlükə aradan qalxsın.

Ermənistanda tez-tez 2008-ci ildə prezident seçkiləri öncəsi Serj Sarkisyanın qardaşı Saşikin “biz o vaxt parlamentdə o qədər adamı qırmamışdıq ki, bu gün hakimiyyəti başqasına verək”-deyə müxalifəti hədələdiyi məqam xatırlanır.

 

Unanyanın başçılıq etdiyi terrorçu qrupun məhv edilməsi üçün oktyabrın 28-i gecə saatlarında Rusiya Federal Təhlükəsizlik Xidmətinin “Alfa” qrupu Koçaryanın dəvəti ilə Yerevana gətirilir. Səhəri günü terroçular təhlükəsizlik qüvvələrinə təslim oldular.

 

Robert Koçaryanın gedişindən sonra “Qarabağ klan”ı Rusiyayönlü qüvvələrlə koalisiyaya transformasiya oldu. Bu koalisiyanın ən bariz nümunəsi “Qazprom”un keçmiş menecerlərindən biri, keçmiş Yerevan meri Karen Karapetyanin baş nazir təyin olunması idi. Lakin 2017-ci ildə yeni koalisiyada çatlar əmələ gəlməyə başladı.

 

Sarkisyanın 2-ci müddətə prezidentliyinin başa çatması ərəfəsindən Konstitusiya dəyişikliyinin gerçəkləşdirilməsi təklif olundu. Nəzərdə tutulurdu ki, “Qarabağ klan”ı rusyönlü Karapetyan və Respublika Partiyası ilə hakim koalisiya yaratmalı idi.

 

Bu ərəfələrdə Serj Sarkisyan Karen Karapetyanı Rusiyadakı ən zəngin erməni Samvel Karapetyanın dəstəyi ilə onu hakimiyyətdən uzaqlaşdırmaq niyyəti barədə xəbər aldı. Həmin vaxt müxalifət qəzetləri Sarkisyanla Karapetyan arasında ciddi fikir ayrlıqlarından yazırdı.

 

Nəticədə, kulisarxası danışıqlar zamanı Sarkisyan “Qarabağ klanı”dan olan bir qrup tərəfdarı və “moskvayönlü” qruplaşma ilə qarşı-qarşıya gələrək Karapetyanı arxa plana atdı. O baş nazir kimi 3-cü müddətə ölkə rəhbəri qalmağı planlaşdırırdı.

 

Serj Sarkisyan “Yerevan klanı”nın üzvü Viqen Sarkisyanı müdafiə naziri təyin etməklə orduya nəzarəti əlində saxlamışdı. Əslən Qarabağdan olan Baş Qəraragahın generalları, o cümlədən rəis Movses Akopyan isə proseslərə müdafiə etmək imkanından məhrum oldular.

Sarkisyana qarşı etirazların bu məqamında ordu da xalqın tərəfindən keçməyə başlamışdı.

 

Onu da qeyd etmək lazımdır ki, Serj Sarkisyan 10 illik hakimiyyəti dövründə ölkənin maliyyə sistemini möhkəmləndirə bilməmişdi. Ölkəyə axın edən maliyyə vəsaitinin əsas hissəsini xaricdə çalışan Ermənistan vətəndaşlarının pul köçürmələri və diasporun ianələri təmin edirdi.

 

Ölkə iqtisadiyyatı Rusiya yaxud Qərbə meyllənən ayrı-ayrı oliqarx qruplarının əlində cəmləşmişdi. Hər qrup isə ələ keçirdiyi keçmiş dövlət əmlakından istifadə edərək siyasi proseslərdə iştirakını təmin edirdi. Ermənistan gəlirlərinin böyük hissəsini orduya və Dağlıq Qarabağa yönəldirdi.

 

Hazırda baş nazir səlahiyyətlərini icra edən Karen Karapetyan Kremlin adamı kimi tanınır və “Qarabağ klanı”nın üzvü sayılır. Amma Karen Karapetyanın baş nazir qalıb-qalmayacağını Nikol Paşinyanın rəhbərlik etdiyi etirazçı kütlə həll edəcək.

 

Paralel olaraq, ilk prezident Levon Ter-Petrosyanın başçılıq etdiyi qüvvələrin də qayıdışından danışmaq olar. Təcrübəli siyasətçinin Moskva və Vaşinqtonla əlaqələri möhkəmdir. Nikol Paşinyan da uzun illər məhz Petrosyanın yaxın çevrəsindən olub.

 

Amma “Qarabağ klanı” həmişə Levon Ter-Petrosyana qarşı nifrətlə yanaşıblar. Buna görə, onun üçün qarabağlılara qarşı koalisiya yaratması ehtimalı mümkündür.

 

Serj Sarkisyanın istefası “Qarabağ klanı”nın ondan orqanizmin zəif elementi kimi xilas olmağa çalışdığını və bununla Ermənistandakı hakimiyyətini daha dayanıqlı etməyə çalışdığını sübut edir.

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər