Modern.az

Kəlbəcərdə şəhid olmuş Həsən Həsənovun ailəsindən XƏBƏR VAR  

Kəlbəcərdə şəhid olmuş Həsən Həsənovun ailəsindən XƏBƏR VAR  

Qarabağ

3 May 2018, 12:43

2014-cü ildə erməni silahlı birləşmələri tərəfindən işğal altındakı Kəlbəcər rayonunda yetirilən Həsən Həsənovun xanımı və qızları onun yoxluğuna alışa bilməsələr ailə başçısına layiq yaşamağa çalışırlar.
 

Həsəndən sonra ailənin bütün yükünü çiyinlərində daşıyan Vüsalə xanım hazırda iki orta məktəbdə çalışır. Bu barədə Modern.az-a Həsən Həsənovun qardaşı Nail Həsənov danışıb:

“Vüsalə xanım həm Cəbryaıl məktəbində dərs deyir, həm də şəhər məktəbində. Sağ olsun deputat Qənirə Paşayeva, onun şəhər məktəbinə işə düzəlməsinə çox çalışdı. Hər iki mətkəb evə yaxındır. Vüsalə xanım savadına, biliyinə görə güclü ibtidai sinif müəlliməsi kimi ad-san da qazanıb”.

Həsənin böyük qızı Özləm hazırda 9-cu sinifdə oxuyur. Ən böyük arzusu cərrah-həkim olmaqdır:

“Dördüncü qrup üzrə hazırlaşır. Deyirik qız üçün cərrahlıq ağır olar. Amma o,  razılaşmır. Deyir ki, cərrah olub insanları xəstəliklərindən azad etmək istəyir. Çox savadlı qızdır, kimya olimpiadasında yüksək nəticə göstərib. Həmçinin, Heydər Əliyevlə bağlı yazı müsabiqəsində iştirak edib. Sabah Heydər Əliyev adına sarayda nəticələr elan olunacaq, onu da dəvət ediblər. Ümid edirik ki, ilk yerlərdən birini tutub.
Həsənin kiçik qızı Ləman dördüncü sinifdə oxuyur. Beləcə həyat öz axarında davam edir...”.

2014-cü il iyul ayında soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, onlarla birlikdə olan Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində "məhkəmə" qurulub. "Məhkəmə"nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı